• HADİSƏ

    21:08 18 mart 2019

Şəmkirdə iki “Jiquli” toqquşub

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon, Sabir kəndindən keçən hissəsində qeydə alınıb.

İki “VAZ 2107” markalı minik avtomobili toqquşub, hər iki maşın yararsız hala düşüb.

Xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Aytən

Teqlər:

SON XƏBƏRLƏR