Şəmkirdə iki maşın toqquşub, ölən və xəsarət alanlar var
  • HADİSƏ

  • 19:09 19 Aprel 2019

Şəmkirdə iki maşın toqquşub, ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı xəstəxanaya yerləşdirilib. Qadının əri isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Fuad Nazimoğlu
 

Gülşən Hacıyeva

Teqlər: Şəmkir qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR