Şəmkirdə iki "VAZ" toqquşub, ölənlər və yaralananlar var - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 08:43 30 Oktyabr 2019

Şəmkirdə iki "VAZ" toqquşub, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB

Şəmkirdə baş vermiş yol qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza nəticəsində 1988-ci il təvəllüdlü Babayev Ramil Dilqəm oğlu və 1988-ci il təvəllüdlü Qurbanov Babək İsmayıl oğlu dünyasını dəyişib.

1993-cü il təvəllüdlü Allahverdiyev Səbuhi Tacəddin oğlu, 1996-cı il təvəllüdlü Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.

***

Saat 06:33

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 21099" maraklı avtomobil toqquşub. Qəza zamanı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlardan Şəmkir sakini 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlunun vəziyyəti ağırdır. Ölənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR