Şəmkirdə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini 2007-ci il təvəllüdlü Leyla Məmmədli yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Məlumata görə, 15 yaşlı qız imtahanda az bal topladığı üçün valideynləri tərəfindən danlanıb.
Faktla bağlı araşdırma aparılır