Şəmkirdə bəxdbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Şəhriyar Paşayev avtomaşını yolun kənarında saxlayaraq kanalda əlini yumaq istəyib. Ancaq ehtiyatsızlıqdan 30 metr hündürlüyü olan körpüdən su kanalına düşüb. Xəsarət alan Ş.Paşayev xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yaralının ayağı sınıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.