Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könülü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 45 yaşlı Anar Qocayevin idarə etdiyi “Cip” markalı minik maşını ilə “Qazel” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “Cip”in sürücüsü A.Qocayev ,sərnişini 52 yaşlı Niyazı Qurbatov və "Qazel"in sürücüsü ilə sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.