Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Məmməd adlı, 1990-cı il təvəllüdlü kişi naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin məlumata görə, o, özü-özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.