• HADİSƏ

    13:48 13 may 2019

Şəmkirdə oğlan sevdiyi qızı bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzindəki marketlərin birində qeydə alınıb. Belə ki, 25 yaşlı rayon sakini İbrahimli Suheyla Azər qızı sevdiyi oğlan tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Hadisəyə səbəb kimi qızın oğlana verilməməsi göstərilir. Cinayəti törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR