• HADİSƏ

    00:56 8 may 2019

Şəmkirdə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Şəmkirdə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagisral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 64 yaşlı Qələndər Əliyevi yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirlib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR