• HADİSƏ

    14:23 17 aprel 2019

Şəmkirdə qadın qaynını bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Kənd sakini Esmira Firudin qızı Abdullayeva qaynı Elmar Şəmşir oğlu Abdullayevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. E.Abdullayeva Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Aytən

Teqlər:

SON XƏBƏRLƏR