Şəmkir rayonunun Çaparlı kəndində ümumi sahəsi 100 m² olan qazanxanada tutumu 1,5 ton olan çəlləyin içərisində 0,2 ton mazut yanıb.
ONA-nfn Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mazutun qalan hissəsi və qazanxana yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.