Şəmkirdə ötən gün baş verən yol qəzasında yaralanan şəxs dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 13-də saat 21 radələrində Şəmkir rayonunun Sabirkənd ərazisində rayon sakini A.Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 77 yaşlı Çingiz Hacıyevi və onun həyat yoldaşı, 68 yaşlı Çinarə Heydərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən Ç.Hacıyev orada dünyasını dəyişib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.