Şəmkirdə 16 yaşlı qız hündürlükdən yıxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Mələk Yusibova yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb.
Dərhal gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.