Şəmkirdə baş vermiş silahlı insdentin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi - 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.
Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Məlumata görə, hər iki şəxsin əvvəllər bir-biri ilə ədavəti olub.
***
Saat 20:22
Şəmkirdə silahlı insdent baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qaranü kəndində qeydə alınb.
Sözügedən kənddə güllələnmə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.