Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 2 nəfər azyaşlı tüstüdən zəhərlənib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.