• HADİSƏ

    01:21 1 oktyabr 2019

Sentyabrda Azərbaycanda 581 ədəd hərbi sursat zərərsizləşdirilib - FOTO

Sentyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 930 098 m² (93,01 ha) ərazi yoxlanılıb, 579 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 581 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran xidməti it iştirak edir.

Ötən ay əməliyyatlar zamanı minadan zərərçəkmə hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, ANAMA tərəfindən indiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənib, 804 850 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR