• HADİSƏ

    10:22 2 aprel 2019

Sərhəd pozucuları saxlanılıb

Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində bir sıra əməliyyat-axtarış və qoşun tədbirləri keçirib.

Xidmətdən ONA-ya bildirilib ki, martın 22-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respub-likasından Azərbaycan Respublikasına doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində mart 23-də Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi hissəsində “Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Respublikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR