• HADİSƏ

    16:19 21 fevral 2019

Sərhəddə 5 Şri-Lanka vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətindən ONA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 5 nə­fər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qar­şısı alın­ıb. Belə ki, 17 fevral tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı

Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanıb və barə­lərində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR