• HADİSƏ

    04:14 15 mart 2019

Sərnişin nəqliyatında bədbəxt hadisə baş verib

Bakıda avtobusdan sərnişin yıxılaraq ağır xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə “199” saylı sərnişin xətti üzrə hərəkət edən avtobusda baş verib.

Avtobus hərəkətdə olarkən qarşısındakı avtomobil qəfildən dayanıb. Bu zaman avtobusun sürücüsü qəzadan yayınmaq üçün əyləcə basıb. Nəticədə sərnişinlərdn 1962-ci il təvəllüdlü Mədətova Sabitə İmdad qızı yıxılaraq ağır kəllə beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR