Şirvanda bədbəxt hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri S.Vurğun küçəsi 24, mənzil 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün Şirvan Şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirlib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.