Şirvan sakini, 1992-ci il təvəllüdlü Kərimli Nicat Əlizamin oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili dəmir səddə çırpıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saaat 4.30 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndiinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə sürcü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.