• HADİSƏ

    11:40 9 mart 2019

Şirvan sakinindən 2 kq narkotik maddə götürülüb

Şirvan sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan ONA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 10 qram və ona məxsus fərdi yaşayış evindən 1 kiloqram 900 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR