• HADİSƏ

    10:58 26 fevral 2019

Şirvan şəhərində mənzildə meyit tapılıb

Şirvanda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan, 1962-ci il təvəllüdlü Məmmədov Ramiz Azər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR