• HADİSƏ

    17:53 4 aprel 2019

Şirvanda itkin düşən yeniyetmə Bakıda tapılıb - FOTO - YENİLƏNİB

Şirvanda itkin düşən yeniyetmə Bakıda tapılıb.

ONA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, martın 30-da itkin düşən Şirvan şəhər sakini, 15 yaşlı Fəqan Cavadov Bakıda, "20 Yanvar" metrosu yaxınlığında tapılaraq ailəsinə təhvil verilib.

Saat 16:13

***

Şirvanda 15 yaşlı oğlan itkin düşüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan ONA-ya verilən məlumata görə, Şirvan şəhər sakini Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR