• HADİSƏ

    19:25 15 may 2019

Şirvanda 16 yaşlı oğlan itkin düşüb - FOTO

Şirvanda 16 yaşlı oğlan itkin düşüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan ONA-ya verilən məlumata görə, Şirvan şəhər sakini Etiqad Səməndərli mayın 14-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR