• HADİSƏ

    16:46 14 may 2019

Şirvanda avtomobil dəmir səddə çırpılıb, xəsarət alan var - FOTO

Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1993-cü il təvəllüdlü Mütəllimov Tural Ziyadxan oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10 NH 790 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı dəmir səddə çırpıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR