Şirvanda avtomobil iki sərxoş piyadanı vurub, biri ölüb- [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 09:46 29 May 2019

Şirvanda avtomobil iki sərxoş piyadanı vurub, biri ölüb- VİDEO - YENİLƏNİB

Şirvanda 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşınının vurduğu piyadalardan biri ölüb. ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan Dmitri Çikunov xəstəxanada dünyasını dəyişib.

***

22:02

Şirvanda iki piyadanı avtomobil vurub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri - 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşını vurub. Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D.Çikunov Travmatologiya, X.Məmmədov isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilir ki, piyadaların ikisi də hadisə baş verərkən sərxoş vəziyyətdə olub.

Hadisənin təfərrüatlarını Şirvan polisi araşdırır.

Əlibəy Zeynallı

Teqlər: Şirvan piyada qəza

OXŞAR XƏBƏRLƏR