• HADİSƏ

    00:08 22 sentyabr 2020

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Şirvanda 54 yaşlı qadını avtomobil vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində, Köhnə şəhər massivində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Əliyev Qulu Elman oğlu idarə etdiyi "Mercedes" markalı 50-DB-989 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR