Şirvanda avtomobillə vurulan sərxoş piyadaya xəstəxanada zəruri tibbi yardım göstərilsə də qəflətən halı pisləşib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Şirvan sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səttar oğlu aldığı xəsarətdən dünyasını dəyişib.
****
22:18, 15 may
Şirvan şəhərində sərxoş piyadanı avtomobil vurub.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini Elnur Məmmədov idarə etdiyi VAZ 2106 markalı 10 EG 126 dövlət nömrə nişanlı avtomobillə qarşısına çıxan sərxoş piyadanı - Şirvan sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səttar oğlunu vurub.
Nəticədə sonuncu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.