• HADİSƏ

    06:12 9 yanvar 2021

Şirvanda bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Şirvanda zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsi, 195 ünvanında yaşayan ailə üzvləri 1999-cu il təvəllüdlü Dadaşov Ramin Təlatüm oğlu, 2006-cı il təvəllüdlü Dadaşov Mehti Təlatüm oğlu, 1978-ci il təvəllüdlü Dadaşova Xanım Rəsul qızı və 1964-cü il təvəllüdlü Dadaşov Təlatüm Əkbər oğlu toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ailə üzvləri nədən zəhərləndiklərini özləri də bilmirlər. Hal-hazırda onlara həkimlər tərəfindən yardım göstərilir.

Həkimlərin bildirdiyinə görə xəstələrdə dəm qazından zəhərlənmə əlamətləri müşahidə edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR