• HADİSƏ

    11:22 5 aprel 2019

Şirvanda evdə partlayış olub, xəsarət alan var

Şirvanda partlayış olub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 50, mənzil 1 ünvanında yerləşən beş mərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb. Həmin ünvanında qaz balonunun partlaması nəticəsində evdə təmir işləri aparan, Şirvan şəhər sakini Məmmədzadə Fəzail Məmməd oğlu yanıq xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR