• HADİSƏ

    20:29 21 aprel 2019

Şirvanda itdən qaçan yeniyetmə maşın altına düşüb

Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.00 radələrində H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb.

Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub.

Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Onun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR