• HADİSƏ

    08:27 21 mart 2021

Şirvanda mikroavtobus piyadanı vuraraq öldürüb

Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı mikroavtobus yolu keçən Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlunu vurub. Ağır xəsarətlər alan piyada Şirvan Şəhər Xəstəxanasına çatdırılsa da, orada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR