• HADİSƏ

    01:38 23 aprel 2019

Şirvanda naməlum avtomobilin vurduğu piyada dünyasını dəyişib - YENİLƏNİB

Şirvanda naməlum avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, Şirvan sakini, 1967-ci il təvəllüdlü Xələfov Məhərrəməli Məstan oğludur.

Hazırda hadisəni törədərək qaçmış sürücünün kimliyi dəqiqləşdirilir.

***

Saat 01:24

Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində baş verib.

Yük maşını tərəfindən vurulan qəsəbə sakini hadisə yerində dünyasını dəyişib. Hazırda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü və onun avtomobili axtarılır. 50-55 yaşlarında olan piyadanın şəxsiyyəti də hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR