• HADİSƏ

    00:02 20 iyul 2019

Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı FHN məlumat yayıb - FOTO - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən bildirir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

Saat 22:14

Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

***

Saat 21:26

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında zəhərləndiyi deyilir. Kütləvi zəhərlənmə faktının səbəbləri araşdırılır.

***

Saat 20:56

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR