Şirvan şəhərində qətl törədən şəxs apellyasiya şikayəti verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əsgərov Fuad Əli oğlunun apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2018-ci il iyulun 9-da axşam saatlarında Şirvanda yerləşən şadlıq saraylarından
birində Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü F.Əsgərov qohumunun toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlunu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirərək hadisə yerindən qaçıb.
F.Əliyev Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində saxlanılaraq istintaqa təhvil verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əsgərov 17 il azadlıqdan məhrum edilib.
Əlibəy Zeynallı