• HADİSƏ

    05:39 10 iyul 2020

Şirvanda yataqxanada qətl törədilib

Şirvan şəhərində qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 03:20 radələrində Şirvanda yerləşən yataqxanaların birində törədilib.

İlqar adlı şəxs münaqişə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR