• HADİSƏ

    20:41 31 may 2019

Şirvanda yol qəzasında 3 nəfər ağır xəsarət alıb

Şirvan şəhərində baş verən avtomobil qəzasında 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin “Kənd evləri” deyilən massivində - Xəqani küçəsində qeydə alınıb.

Hacıqabul rayonu Udulu kənd sakini, 1958-ci il təvəllüdlü Köçəriyev Əhməd Sahib oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan sakini, 1983-cü il təvəllüdlü Əliyev Fədayi Miraslan oğlunun idarə etdiyi “VAZ 2104” markalı avtomobillərinin toquşması nəticəsində birinci fərdi yaşayış evinin hasarına çırpılıb. Nəticədə sürücülər və avtomobildə olan sərnişin, Salyan rayonunun Qaraçala kənd sakini, 1991-ci il təvəllüdlü Mikayılov Orxan Ağazadə oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Sürücü Ə.Köçəriyevin vəziyyəti daha ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR