• HADİSƏ

    22:42 13 iyun 2019

Şıxov qəsəbəsində vurulan piyada Qış parkında aşkar olunub

Bakının Səbail rayonunda piyada avtomobil zərbəsi nəticəsində xəsarət alıb.

ONA xəbər verir ki, Şıxov qəsəbəsində baş vermiş avtoqəza zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elvin Rafiq oğlunu naməlum avtomobil vurub. E.Məmmədov yaralı halda Yasamal rayonu ərazisindəki Qış parkında tapılaraq 1 saylı KTM-ə çatdırılıb.

Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR