• HADİSƏ

    13:03 22 noyabr 2022

Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib

Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslərə qarşı tədbir keçirilib.

Bu barədə ONA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan avtomobil idarə edən və sərxoş halda hərəkətdə olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib. Bəzi nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR