• HADİSƏ

    10:19 1 iyun 2019

Siyəzəndə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan ONA-nın Şimal bürosuna verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasiyəzən kənd sakini Müşfiq Abdullayevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 10-50 sm olan 14 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR