Siyəzəndə “Mercedes” gölə düşüb
  • HADİSƏ

  • 23:17 07 Aprel 2019

Siyəzəndə “Mercedes” gölə düşüb

Bakı - Quba  avtomobil yolunun Siyəzən rayonundan  keçən hissəsində yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, Bakı istiqamətinə doğru hərəkət edən “90 GN 474” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq ərazidə olan gölə girib.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıb.

Vətəndaşların köməyi ilə avtomobil sudan çıxarılıb.

Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aytən Yusifova

Teqlər: Siyəzən “Mercedes” göl

OXŞAR XƏBƏRLƏR