• HADİSƏ

    13:05 14 avqust 2022

Siyəzəndə minik və yük maşını toqquşub, ata ölüb, ana və övladı xəsarət alıb

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mercedes" markalı minik maşınının sürücüsü dünyasını dəyişib, sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR