Ağsuda SOCAR-a məxsus yük maşını kanala aşıb, ölən var - YENİLƏNİB
  • HADİSƏ

  • 19:44 14 Mart 2019

Ağsuda SOCAR-a məxsus yük maşını kanala aşıb, ölən var - YENİLƏNİB

Ağsuda yük maşının aşması nəticəsində ölən sürücünün şəxsiyyəti müəyyənləşib. 

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobilinin yoldan çıxaraq su kanalına aşması nəticəsində sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Məmmədov dünyasını dəyişib. 

Məlumata görə, aşan yük maşını SOCAR-a məxsus olub.

 

Saat 18:00

***

 

Ağsuda yük maşını aşıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb. “Shacman” markalı yük avtomobili yoldan çıxaraq su kanalına düşüb. Nəticədə yük maşınının sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov