• HADİSƏ

    08:22 19 iyul 2019

"Stansiya Sumqayıt"da gənci taxta ilə döyərək xəsarət yetiriblər


Ötən gecə Sumqayıtda döyülmə hadisəsi qeydə alınıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Stansiya Sumqayıt" yaşayış massivi ərazisində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Baxşıyev Sadiq Balaşah oğlunu mübahisə zəminində taxta parçası ilə döyüblər. O, ağır xəsarətlər alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR