Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü Məmmədov Raqif Yaqub oğlu sözügedən küçədə ehtiyatsızlıqdan su kanalına düşüb. Ağır kələ-beyin travması alan 64 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.