• HADİSƏ

    02:33 31 oktyabr 2019

Sükan arxasında yuxulayan sürücü qəza törədərək avtomobilə və kioska çırpılıb - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən kioska çırpılıb.

Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR