• HADİSƏ

    22:38 6 avqust 2019

Sumqayıt məhkəməsində dələduzluqda ittiham edilən vəkil barədə hökm oxunub

Sumqayıt şəhər Məhkəməsində vəkil Qəhrəman Pirməmmədovun işinə baxılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Q.Pirməmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

O, vəkil həmkarı Könül Salehovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Qeyd edək ki, Q.Pirməmmədov Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili olub. Cari ilin əvvəllərində Vəkillər Kollegiyası tərəfindən onun fəaliyyəti dayandırılıb. Əməlində cinayət tərkibinin əlamətləri olduğu üçün hüquq-mühafizə orqanına məlumat verilib.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR