• HADİSƏ

    12:36 21 may 2019

Sumqayıt Regional Vəkil Bürosu fəaliyyətə başlayıb

Bu gün Sumqayıt Regional Vəkil Bürosunun açılış mərasimi keçirilib.

ONA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, məhkəmə sədrləri, millət vəkilləri və vəkillər iştirak ediblər.

Bildirilib ki, apellyasiya məhkəmələrinin yerləşdiyi şəhərlərdə regional qurumların yaradılması nəzərdə tutulub. İlk belə qurum isə Sumqayıt şəhərində yaranıb və qeydiyyatdan keçib.

Qeyd olunub ki, regional vəkil bürosunun fəaliyyət başlaması vətəndaşların keyfiyyətli hüquqi yardım alınması baxımından geniş imkanlara malikdir. Aztəminatlı ailələrə isə ödənişsiz xidmət göstəriləcək. İlkin mərhələdə 11 vəkillə xidmətə başlayacaq büroda gələcəkdə vəkillərin sayının artırılması da planlaşdırılır. Büroda gələcəkdə təlim mərkəzinin də yaradılması nəzərdə tutulur.

Sumqayıt Regional Vəkil Bürosuna ayrılmış inzibati bina Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən müasir tələblərə uyğun şəkildə tam təmir olunaraq, kompüter-texniki və digər zəruri ofis avadanlıqları ilə təchiz edilib.

Xatırladaq ki, Sumqayıt Regional Vəkil Bürosu 07 dekabr 2018-ci il tarixdə təsis edilib.

Sumqayıt Regional Vəkil Bürosu 27 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hazırda Sumqayıtda 43 vəkil fəaliyyət göstərir.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR