• HADİSƏ

    15:34 30 mart 2019

Sumqayıt sakini 2 ildir itkin düşüb - FOTO

Sumqayıt sakini itkin düşüb.

ONA-nın yerli bürosu xəbər verir ki, şəhər sakini, 1963-cü il təvəllüdlü Salmanov Salman Naib oğlu 2017-ci ildə yaşadığı 42-ci məhəllə yataqxana 16, otaq 38-dən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınları ötən müddət ərzində onun yolunu gözləsələr də lakin ondan xəbər ala bilməyiblər. Bu səbəbdən də S.Salmanovun yaxınları bu il polisə müraciət etmək məcburiyyətində qalıblar.

O, evdən çıxmamışdan əvvəl özü ilə şəxsiyyət vəsiqəsini götürüb. S.Salmanovun boyu təxminən 160-165 sm, orta bədən quruluşlu, dərisinin rəngi qara, gözlərinin rəngi qəhvəyidir. Onun sol ayağının bud və baldır nahiyəsində yanıq izi var. S.Salmanov evdən çıxarkən əynində mavi rəngli qısa qol parça köynək, göy rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı olub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində təhqiqat işləri aparılır.

S.Salmanov barədə məlumatı olan şəxslərdən (018) 65-4-02-02 ; 64-2-03-65 ;(050) 989-78-68 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR